Tokio olimpiadası ilə bağlı daha bir qadağa

Tokio olimpiadası ilə bağlı daha bir qadağa tətbiq olunacaq.

Sportline.az xəbər verir ki, şəhər rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai yerlərdə oyunları izləməyi məqsədə uyğun hesab etmir. 

Tokio şəhərinin valisi Yuriko Koike bildirib ki, yarışlar ictimai yerlərdə açıq şəkildə nümayiş olunmayacaq. Onun sözlərinə görə, olimpiadanın nümayişi üçün ekranların quraşdırılması nəzərdə tutulan məkanların bəziləri koronavirus əleyhinə peyvənd mərkəzlərinə xidmət göstərəcək.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqust, paralimpiada isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.