Tokio olimpiadası ilə bağlı yeni qərar

2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri sadələşdirilmiş formatda keçiriləcək.

Sportline.az Tokio-2020"nin Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qərar koronavirus pandemiyası səbəbindən qəbul edilib.

Mərasimlərin təşkili ilə beş nəfərdən ibarət yeni yaradıcı qrup məşğul olacaq. Yeni komandada əvvəlki heyətdən yalnız Hirosu Sasaki yer alacaq.

Bu, yaradıcı qrupun məhdud vaxt kəsiyində daha sürətli və effektli hazırlaşmağına imkan verəcək. Onların qarşısına koronavirus pandemiyası ilə mübarizədə dünya təcrübəsini əks etdirən mərasimlər hazırlamaq vəzifəsi qoyulub.

Qeyd edək ki, Tokio-2020 gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.