Tokio Olimpiadasına daha bir lisenziya

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Üzgüçülük üzrə Milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov verib.

O, millimizin üzgüçüsü Ramil Vəlizadənin 200 m batterflyay üsulunda 1.59.75 nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq  Tokio 2021 Yay Olimpiya Oyunlarına  B lisenziyası qazandığını bildirib.
 
Azərbaycan bununla da 19-cu lisenziyaya sahib olub.