Tomas Müller karyerasını MLS-də davam etdirə bilər

"Bavariya"dan azad agent kimi ayrılan almaniyalı futbolçu Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Sinsinati" və "Vankouver" 35 yaşlı hücumçu ilə yaxından maraqlanır.

Müllerin hazırki dəyəri "Transfermarkt" portalına görə, 6 milyon avrodur.