Tomas Parti "Vilyareal"da
"Vilyareal" Thomas Parteylə rəsmi müqavilə imzaladı.
Sportline.az xəbər verir ki, İspaniyanın "Vilyareal" klubu sərbəst futbolçu statusunda olan qanalı yarımmüdafiəçi Tomas Parteylə rəsmi müqavilə imzalayıb.
Klubdan verilən açıqlamaya görə, 32 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Tomas Partey peşəkar karyerası ərzində daha əvvəl "Atletiko Madrid", "Mayorka" və "Almeriya" kimi İspaniya klublarında çıxış edib.