Tonali "Mançester Yunayted"in radarındadır

"Mançester Yunayted" Tonalini heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Tonali cari mövsüm meydana çıxdığı 52 matçda 3 qol, 7 asistlə yadda qalıb.