Tonali üçün yarışa giriblər
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali yayda klubdan ayrılma ehtimalı böyükdür.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Mançester Yunayted" 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün yarışa girib.
Bu haqda "The İ Paper Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 48 matçda 3 qol, 7 asistlə yadda qalıb.