Tonalinin "Mançester Yunayted"ə keçidi gündəmdədir
"Mançester Yunayted" Sandro Tonalini heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
25 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avrodur.
Qeyd edək ki, S.Tonali cari mövsüm meydana çıxdığı 51 matçda 3 qol, 7 asistlə yadda qalıb.