Toni Popoviç: "Bura Avstraliya futbolu üçün yeni bir tarix yazmaq məqsədilə gəlmişik"
Dünya çempionatında 1/16 final mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, mundialın diqqət çəkən iştirakçılarından biri – Avstraliya millisininin növbəti sınağı Misir seçməsinə qarşı olacaq.
Yaşıl qitə təmsilçiləri “fironlar”la oyunda pley-offa təsadüfən yüksəlmədiklərini sübuta yetirməyə çalışacaqlar. Baş məşqçi Toni Popoviç rəqiblə bağlı yüksək fikirlər səsələndirib:
"Misir millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurmuş, olduqca çətin və yüksək səviyyəli struktura malik bir komandadır. Onların heyətində fərdi keyfiyyətləri ilə oyunun taleyini təkbaşına həll edə biləcək olduqca təhlükəli dünya səviyyəli ulduzlar yer alır. Bura Avstraliya futbolu üçün yeni bir tarix yazmaq məqsədilə gəlmişik və qarşıdakı növbəti döyüşə tam heyətlə hazırıq."
Qeyd edək ki, Avstraliya - Misir görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.