Xavi həbs olundu
“Barselona”nın sabiq futbolçusu Xavi Torres həbs edilib.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi danışılmış oyunların təşkilində iştirak etməkdə günahkar bilinib.
İspaniyalı futbolçu 10 aylıq həbs edilib. O həmçinin 22 aylıq diskvalifikasiya edilib. Torresin “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu da müəyyənləşib.
Qeyd edək ki, Xavi Torres 2007-2009-cu illərdə “Barselona”da çıxış edib. O, "Betis", "Malaqa", "Xetafe"də çıxış edib.