“Tottenhem”in Aqhehova israrı davam edir

“Tottenhem” “Porto”nun forvardı Samu Aqhehovanı heyətə cəlb etməkdə israrlıdır.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “mahmızlar” bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır.

21 yaşlı hücumçu İngiltərə Premyer Liqasında çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Aqhehova bu mövsüm meydana çıxdığı 18 oyunda 11 qol, 1 məhsuldar ötürmə müəllifi olub.