“Tottenhem” “Atletiko Madrid” 50 milyon avro ödəməyə hazırdır

“Çelsi”nin sabiq futbolçusu Konor Qallaher karyerasını “Tottenhem”də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, London klubu bu keçid üçün “Atletiko Madrid”ə 50 milyon avro ödəməyə hazırdır.

Bu haqda “Football İnsider” nəşri məlumat yayıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin “Atletiko” ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.