“Tottenhem” fransalı futbolçu ilə maraqlanır

“Paris Sen-Jermen”in fransalı futbolçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az insayder Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, “Tottenhem” K.Muani üçün PSJ ilə danışıqlara başlayıb.

26 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 30 milyona avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kolo Muani cari mövsüm çıxış etdiyi 14 matçda 2 qol və 1 asistlə yadda qalıb.