"Tottenhem" sabiq müdafiəçisi "Vest Hem"ə gedir

"Monako"nun ingiltərəli mərkəz müdafiəçisi Erik Dayer icarə əsasında "Vest Hem"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" məlumat yayıb.

32 yaşlı futbolçu bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Erik Dayer 2014-2024-cü illər ərzində "Tottenhem"də forma geyinib.