"Tottenhem" və "Aston Villa" transfer yarışına girib

"Vest Hem Yunayted"in brazilyalı yarımmüdafiəçisi Lukas Paketa bu yay komandasını dəyişə bilər.

Sportline.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Aston Villa" 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Paketa London klubundan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.