“Tottenhem” yenə məğlub oldu

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Sanderlend" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu matç Roberto De Zerbinin "Tottenhem"in baş məşqçisi olaraq debütü kimi əlamətdar olsa da, italiyalı mütəxəssisin gəlişi London təmsilçisinin uğursuz seriyasına hələlik son qoya bilməyib.

12 aprel

"Sanderlend" - "Tottenhem" - 1:0

Qol: N.Mukiele, 61

Qeyd edək ki, bu qələbədən sonra xallarını 46-ya çatdıran "Sanderlend" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Aktivində 30 xalı olan "Tottenhem" isə 18-ci yerdə, aşağı liqaya düşmə zonasında yer alıb.