"Tottenhem" yeni transfer həmləsi

"Tottenhem" "Lester Siti"nin mərakeşli futbolçusu Bilal El-Xannusu heyətinə qatmaq niyyətindədir.

Sportline.az "Africa Foot" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" bu keçid üçün qarşı tərəfə 30 milyon avro təklif etməyi düşünür.

21 yaşlı futbolçunu Londonun bir başqa klubu "Kristal Pelas"da transfer etmək istəyir.

Qeyd edək ki, Xannusun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.