“Tottenhem”də ayrılıq

“Tottenhem”in brazilyalı futbolçusu Rişarlison klubdan ayrıla bilər.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Rişarlisonun çıxışından narazıdır.

“Tottenhem” 27 yaşlı forvardı 30 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Rişarlison bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 1 qol və 1 asistlə yadda qalıb.

Onun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.