“Tottenhem”də ciddi itki
Kristian Romero mövsümü erkən başa vura bilər.
Sportline.az xəbər verir ki, “Tottenhem” ciddi itki ilə üzləşib.
Komandanın müdafiəçisi Kristian Romero aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Məlumata görə, argentinalı futbolçuda dizin medial yan bağında zədə aşkarlanıb.
Bu səbəbdən Romero təxminən 6-8 həftəlik sıradan çıxıb ki, bu da onun mövsümün qalan hissəsini demək olar ki, buraxacağı anlamına gəlir.