"Tottenhem"dən 60 milyon avroluq transfer

"Bayer"in ekvadorlu futbolçusu Piero Hinkapi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Tottenhem" Hinkapini transfer etmək üçün meneceri ilə danışıqlara başlayıb.

Futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur.

Qeyd edək ki, Hinkapi ötən mövsüm meydana çıxdığı 45 matçda 3 qol 2 asistlə yadda qalıb.