“Tottenhem”dən “Mançester Yunayted”ə doğru
“Tottenhem”in mərkəz müdafiəçisi Miki Van de Ven karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Lauri Vitvel məlumat yayıb.
25 yaşlı futbolçu London klubundan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, Van de Ven cari mövsüm meydana çıxdığı 40 matçda 7 qol, 1 asistlə yadda qalıb.