"Tottenhem"dən PSJ-yə təklif var

"Paris Sen-Jermen"in fransalı futbolçusu Senni Mayulu karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" Mayulunu transfer etməkdə israrlıdır.

Lakin PSJ-nin rəhbərliyi 19 yaşlı yarımmüdafiəçi üçün ən azı 25 milyon avro tələb edir.

Qeyd edək ki, Mayulu bu mövsüm meydana çıxdığı 5 matçda 1 qolla yadda qalıb.