"Tottenhem"lə görüş Zidan üçün sonuncu ola bilər

Zinəddin Zidan "Real"ın baş məşqçi postundan göndərilə bilər. SportLine.az xəbər verir ki, bunu "Radio 5"də yayımlanan proqramda Madrid klubu ilə səmimi münasibəti olan jurnalist Rafael Honiqştayn deyib. 

Onun sözlərinə görə, rəhbərlik radikal addımlar atmağa hazırdır. La Liqada "Barselona"dan 8 xal geri qalan "kral klubu", Çempionlar Liqasında da "Tottenhem"i məğlub edə bilməyib. Cavab görüşü isə fransalı mütəxəssisin gələcəyini müəyyənləşdirə bilər. Klubun idarə heyəti Z.Zidanın qarşısına Londonda 3 xal qazanmaq tapşırığı qoyub. 

Xatırladaq ki, bu komandalar arasında "Santyaqo Bernabeu"da keçirilən görüşdə "Real" penaltidən vurduğu qol hesabına məğlubiyyətdən qaça bilmişdi.