"Tour d`Azerbaidjan-2017" start götürdü
Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. Sportline.az xəbər verir ki, səhər saatlarında Dövlət Bayrağı Meydanında komandaların təqdimat mərasimi keçirilib.
Tədbirə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qatılıb. 18 ölkədən 22 komandanın təqdimatından sonra yürüşün birinci mərhələsinə başlanılıb. İştirakçılar bu mərhələdə Bakı - Sumqayıt marşrutu üzrə 150 km məsafə qət edəcəklər. Finiş Sumqayıt şəhər icra hakimiyyətinin qarşısında olacaq.
Xatırladaq ki, 5 mərhələdən ibarət “Tour d’Azerbaidjan-2017”yə mayın 7-də yekun vurulacaq.