TPL: 24-cü tur start götürür
Bu gün Topaz Premyer Liqasında 24-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
Açılış matçında "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək. Saat 15:00-da başlayacaq "Neftçi" - "Qəbələ" görüşü də gərgin mübarizə vəd edir.
Diqqətlər isə daha çox "Qarabağ" - "Zirə" oyununda olacaq. Zirvə uğrunda mübarizə aparan iki komandanın dueli maraqla gözlənilir.
Qeyd edək ki, tura sabah keçiriləcək "Rəvan" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
5 mart (şənbə)
“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 15:00
“Qarabağ” – “Zirə”
“Azərsun Arena”, 18:00
“Xəzər Lənkəran” – AZAL
“Xəzər Lənkəran” mərkəzi stadionu, 14:00
“Sumqayıt” – “İnter”
“Kapital Bank Arena”, 17:00
6 mart (bazar)
“Rəvan” – “Kəpəz”
“Bayıl Arena”, 16:00