TPL: 35-ci turun hakimləri açıqlandı

Topaz Premyer Liqanın 35-ci turun oyunları üçün hakim təyinatları müəyyənləşib.
   
SportLine.az PFL-ə istinadən xəbər verir ki, turun maraqla gözlənilən görüşü "Neftçi" - "İnter" oyunu Ramil Diniyevə tapşırılıb.

15 may (bazar)

“Rəvan” – “Qarabağ”
Hakimlər:
 Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov
“Bayıl Arena”

“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Neftçi” – “İnter”
Hakimlər:
 Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov
“Əlincə Arena”

“Zirə” – “Kəpəz”
Hakimlər:
 Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – AZAL
Hakimlər:
 Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun bütün görüşləri saat 18:00-da başlanacaq.

Banner