TPL: İlk turun təyinatları açıqlandı

Bu həftə Topaz Premyer Liqasında 2017/2018 mövsümü start götürəcək. 

SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, 3 günü əhatə edəcək ilk turun təyinatları açıqlanıb.

Mövsümün açılış oyunu olan "Neftçi" - "Qarabağ" matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.

11 avqust (cümə)

“Neftçi” – “Qarabağ”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“Bakcell Arena”, 21:00

12 avqust (şənbə)

“İnter” – “Qəbələ”
Hakimlər:
 Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
"İnter Arena”, 20:00

13 avqust (bazar)

“Zirə” – “Səbail”
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Sumqayıt” – “Kəpəz”
Hakimlər:
 Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov
“Kapital Bank Arena”, 21:00