TPL: Klub rekordçuları

Bu həftə start götürəcək Topaz Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək.

SportLine.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var. 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısı aşağıda qeyd olunan kimidir:

Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” - Aslan Kərimov – 268

“İnter” - Vladimir Levin - 205

“Kəpəz” - Azər Məmmədov - 186

“Neftçi” - İqor Getman - 182

“Qəbələ” – Dodo - 131

“Sumqayıt” - Slavik Alxasov - 126

“Zirə” - Viktor İqbekoyi - 56

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” - Müşfiq Hüseynov - 109

“Neftçi” - Samir Ələkbərov - 99

“Kəpəz” - Fazil Pərvərov - 80

“İnter” - Baçana Sxadadze - 31

“Qəbələ” - Viktor Mendi - 29

“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22

“Zirə” - Nelson Bonilla - 14