"Trabzonspor" "Alanyaspor" qarşısına ciddi itkilərlə çıxacaq
Bu gün Türkiyə kubokunda qrup mərhələsinin ilk oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, A qrupunun favoritlərindən sayılan Trabzonspor ilk turda "Alanyaspor"u qəbul edəcək.
"Qara dənizlilər" bugünkü oyuna ciddi itkilərlə çıxacaqlar. 7 futbolçu müxtəlif səbəblərdən baş məşqçi Fatih Tekkenin sərəncamında olmayacaq.
Aspor-un yaydığı məlumata görə, "Trabzonspor" meydana Onuralp, Pina, Savic, Batagov, Arif, Bouchouari, Ozan, Zubkov, Muçi, Augusto, Sikan onbirliyi ilə çıxacaq.
"Alanyaspor"un təxmini start heyətində isə Ertuğrul, Lima, Aliti, Makouta, Ümit, Haderjonaj, Duarte, Fatih, Haci, Uijo və Oqundu yer alır.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.