"Trabzonspor" "Atletiko"nun futbolçusu ilə anlaşıb

"Trabzonspor" yeni mövsüm öncəsi daha bir transfer reallaşdırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Qaradəniz təmsilçisi "Atletiko" forması geyinən Stefan Saviç ilə razılıq əldə edib.

Təcrübəli futbolçunun sabah Trabzona gələcəyi və Avropa Liqasında "Ruzomberok"la oynanılacaq matçın iştirak ərizəsinə daxil ediləcəyi vurğulanıb.

33 yaşlı müdafiəçi 2015-ci ildən İspaniya klubunda çıxış edirdi.

Qeyd edək ki, karyerası ərzində 478 oyuna çıxan Saviç bu görüşlərdə 10 qol vurub, 7 asist edib.