"Trabzonspor" autsayderi məğlub etdi

Türkiyə "Super Liqa"sında 25-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

Cari mövsüm işləri qaydasında getməyən "Trabzonspor" autsayder "Mersin İdman Yurdu"nu qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

11 mart 2016
"Super Liqa", 25-ci tur


"Trabzonspor" - "Mersin" - 1:0
Qol:
 Marin, 48