“Trabzonspor” ingiltərəli oyunçunu heyətinə qatmaq niyyətindədir

"Trabzonspor" ötən mövsüm "Arsenal"da icarə əsasında çıxış etmiş ingiltərəli futbolçu Rahim Sterlinqi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "61 saat" kanalı məlumat yayıb.

Türkiyə klubu Sterlinq üçün "Çelsi" ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 30 yaşlı oyunçunun dəyəri 10 milyon avrodur.