"Trabzonspor" mərakeşli futbolçu ilə yollarını ayırıb
"Trabzonspor" klubu 23 yaşlı yarımmüdafiəçi Montassir Lahtimi ilə yollarını ayırıb
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Türkiyə klubu müqavilənin ləvği üçün futbolçuya heç bir məbləğ ödəməyəcək.
2022-ci ildə "Trabzonspor"a keçən Lahtimi 1 il icarə əsasında Mərakeşin "Vidad" klubunda çıxış edib.
Qeyd edək ki, "Trabzonspor" forması ilə 10 oyuna çıxan oyunçunun aktivində qol və ya asist yoxdur.