"Trabzonspor" və "Başakşehir" Avrokuboklarda növbəti oyunlarına çıxıblar
Türkiyənin Avrokuboklardakı təmsilçiləri "Trabzonspor" və "Başakşehir" bu gün ilk oyunlarına çıxıblar.
Sportline.az xəbər verir ki, UEFA Avropa Liqasında mübarizə aparan Trabzonspor 3-cü təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Avstriyanın "Rapid" klubu ilə qarşılaşıb. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolun müəllifi 67-ci dəqiqədə Qrqiç olub.
Konfransı Liqasında çıxış edən "Başakşehir" 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə Gürcüstanın "İberiya" klubu ilə üz üzə gəlib. Oyun türkiyəlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu 87-ci dəqiqədə Davidson vurub.
Qeyd edək ki, cavab oyunları avqustun 15-də keçiriləcək.