"Traktor" qalib gəldi

İran çempionatında 25-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" doğma meydanda "Sepahan"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə xalını 44-ə çatdıran "Traktor" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Persepolis" 56 xalla (24 oyun) 1-ci, "Sepahan" 42 xalla 3-cüdür.