"Traktor Sazi" son oyununda uduzdu
Asiya Çempionlar Liqasında qrup mərhələsinin son görüşləri keçirilir. SportLine.az xəbər verir ki, artıq növbəti mərhələyə vəsiqəni təmin edən "Traktor Sazi" doğma meydanda "Əl Hilal"la qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Qrupun digər matçında "Paxtakor" "Əl Cəzirə"ni əliboş yola salıb.
Bu nəticələrdən sonra 1-ci yeri təmin edən "Traktor Sazi" ilə yanaşı, "Əl Hilal" da növbəti mərhələyə yüksəlib.
03 may 2016
Asiya Çempionlar Liqası, 6-cı tur
"Traktor Sazi" - "Əl Hilal" - 1:2
QOLLAR: Otayf, 15 (0:1); Nonq, 48 (1:1); Almeyda, 72 (1:2)
"Paxtakor" - "Əl Cəzirə" - 3:0
QOLLAR: Berdıyev, 13 (1:0); Talipov, 24 (2:0); Maşaripov, 81 (3:0)
Standings provided by Sofascore LiveScore