Tramp Həbib Nurmaqomedovu "ən yaxşı" adlandırıb

ABŞ-nin sabiq prezidenti Donald Tramp UFC 302 turnirini izləyənlər sırasında olub.

Sportline.az xəbər verir ki, o, tədbir çərçivəsində dünya şöhrətli rusiyalı MMA ustası Həbib Nurmaqomedovla görüşüb.

Həmin görüş zamanı Tramp Həbibə xoş sözlərini çatdırıb.

Onun ən sevimli UFC döyüşçüsü olduğunu bildirib.

Xatırladaq ki, UFC 302 turnirinin əsas hadisəsi yüngül çəkili idmançılar İslam Maxaçevlə Dastin Poryenin döyüşü olub.

5 raud davam edən qarşılaşma dağıstanlı döyüşçünün təmiz qələbəsi ilə nəticələnib.