"Trabzonspor" düşərgəsində itki

"Trabzonspor" komandasında itki var.

Sportline.az xəbər verir ki, Qara dəniz təmsilçisinin ulduz futbolçusu Antoni Nvakaeme məşq zamanı zədələnib.

Müayinə zamanı onun sol ayağından xəsarət aşkarlanıb.

Klubun yaydığı xəbərdə artıq futbolçunun müəlicəsinə başlanıldığı bildirilir.

Onun sıraya nə vaxt dönəcəyi isə, məlum deyil.