Turabov Albaniyada debüt etdi

Albaniya Super Liqasında 2019/2020-ci illər mövsümü start götürüb.

Sportline.az xəbər verir ki, ilk turda azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" səfərdə "Teuta" ilə üz-üzə gəlib. Oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

"Biliş"in start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 60-cı dəqiqədə əvəzlənib.

Albaniya klubu Turabovu yayda "Sabah"dan icarəyə götürüb.