Tural Axundov "Kəpəz"i tərk etmə səbəbindən danışdı
“Kəpəz”in kapitanı Tural Axundov komandadan ayrılması haqda klubun saytına açıqlama verib.
SportLine.az-ın xəbərinə görə, o, “Sumqayıt”a keçidini belə izah edib:
“Kəpəz”i sırf ailə məsələsinə görə tərk edirəm, ortada pul söhbəti yoxdur. İkinci övladım dünyaya gələndən sonra qayğılar artıb. Ailəmə daha çox yaxın olmaq üçün məcburiyyət qarşısında bu addımı atdım. “Kəpəz”in azarkeşləri qarşısında baş əyirəm. Onlar komandada çıxış etdiyim müddətdə mənə dəstək oldular, hamısına minnətdaram. Klubdan xoş təəssüratlarla ayrılıram”.
Qeyd edək ki, son iki mövsümdə “sarı-göylər”in kapitan sarğını daşımış Axundov 62 oyunda 11 qol vurub.