Tural Axundov: "Yerli klublardan təkliflər var"

"Neftçi" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşmənin müddətini uzatmamağa qərar verdik".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında bu gün "Neftçi" ilə yollarını ayıran Tural Axundov deyib.

Komandadan gedişi barədə danışan 32 yaşlı futbolçu qərarın onun üçün gözlənilməz olduğunu bildirib: "Hər bir baş məşqçinin öz fikri var. Qərara hörmətlə yanaşıram. Başqa heç bir söz deyə bilmərəm".

Təcrübəli müdafiəçi 2-3 klubdan təklif aldığını söyləyib: "Hamısı yerli klublardır. Variantları dəyərləndirdikdən sonra yekun qərarımı verəcəyəm".

Qeyd edək ki, Tural Axundov "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.