Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramov 1/4 finalda Rumıniya idmançısı Zurab Karpayevlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.