"Turan Tovuz"la oyun "Kəpəz"in iki futbolçusu üçün əlamətdar olub
Azərbaycan Premyer Liqasının XIX turunda “Turan Tovuz”a qarşı oyun “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Turan Manafov və Karim Lkoça Gəncə klubunun heyətində ölkə çempionatlarında ilk qollarını vurublar.
Bu qarşılaşmaya qədər “Kəpəz”in 148 futbolçusu rəqib qapısına yol tapıb. Dubl müəllifi olan Turan bu siyahıda 149-cu, Karim isə “Kəpəz” üçün Premyer Liqada qol vuran 150-ci futbolçu olub.
Qeyd edək ki, yalnız üç klubun – “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın heyətində daha çox oyunçu fərqlənib.