"Turan Tovuz"un yubiley qolu
"Turan Tovuz" Azərbaycan çempionatlarının yüksək dəstəsində yubiley qolunu vurub.
Sportline.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.
"Araz-Naxçıvan"la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov 150-ci qolun müəllifi olub.
Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.