Türk basketbolçudan maraqlı açıqlama
“Hyuston Rokets”in 22 yaşlı basketbolçusu Alpərən Şəngün "You-Tube" platforması üzərindən Fatih Altaylının verlişinə qonaq olub.
Sportline az. xəbər verir ki, proqramda Amerika və və Avropa basketbolu barədə danışan Alpərən Şəngün, Lebron Ceyms haqqında da fikirlərini bildirib: “Meydançadan kənarda təbii ki, birlikdə oynadığım oyunçulara qarşı həyacan var. Amma, meydançada bunu hiss etmirəm. Mən Lebron Ceymsə qarşı oynayanda onun Lebron olduğunu unuduramvə onu üstələyəcəyimi düşünürəm. Bir dəfə oyun zamanı ehtiyat oyunçular skamyasına getdim və Lebronu qarşımda görəndə sadəcə olaraq “vay Alpərən, sən bura qədər gəldin hissi keçirdim”, - deyib.
Qeyd edək ki, Alpərən Şəngün 2021-ci ildən “Hyuston Rokets”in şərəfini qoruyur.