Türkiyə Avropa çempionu oldu
Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb.
Sportline.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə baş tutan final oyununda Türkiyə və Serbiya milli komandaları qarşılaşıb.
Gərgin keçən matçın taleyi 5 setdə həll olunub. Oyunun gedişində iki dəfə setlərin hesabına geri düşən “ay-ulduzlular” yekunda tay-brekdə qalib gəlməyi bacarıb – 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).
Bununla da Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 2003 və 2019-cu illərdə finalda uduzan qardaş ölkə təmsilçisi 3-cü dəfə yüksəldiyi həlledici qarşılaşmada qalib gəlib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Hollandiya İtaliyanı məğlubiyyətə uğradıb – 3:0 (25:23, 28:26, 25:20).