Türkiyə futbolunda maraqlı hadisə

Türkiyə Superliqasının “Ankaragücü” – “Başakşəhər” oyununda (1:2) maraqlı hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, görüş azarkeşlərin iştirakı olmadan keçirilsə də, qonaq komandanın futbolçusu Demba Baya içi dolu su qabı atılıb.

Texniki zonada oturan futbolçunun ayağına dəyən su qabı, onu ciddi zədələməyib.

“Azarkeşsiz keçirilən oyun üçün komik bir olaydır. Yüngül bir zədə aldı. Hər halda, bunu kimin etdiyi bilinər” – deyə, oyundan sonra “Başakşehir”in baş məşqçisi Okan Buruk bildirib.