Türkiyə klubu kapitanı ilə müqaviləni uzadıb
Super Liqa klublarından "Hatayspor" komandanın kapitanı Kamil Ahmet Çörekçi ilə yeni müqavilə imzalayıb.
Sportline.az Ajannspor.com-a istinadla xəbər verir ki, tərəflər arasında razılıq 1+1 illik nəzərdə tutulub.
2021-ci ildən Hatay klubunun şərəfini qoruyan təcrübəli futbolçu bu müddət ərzində çıxdığı 73 oyunda 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Kamil Ahmet daha əvvəl "Trabzonspor", "Kayserispor" və "Eskişehirspor" kimi komandalarda çıxış edib.