Türkiyə klubu yeni baş məşqçi ilə danışıq aparır

Burak Yılmazla yolları ayrılan "Kayserispor" klubu yeni baş məşqçi axtarışındadır.

Sportline.az xəbər verir ki, kayserililər bu posta Sinan Kaloğlunu gətirmək istəyirlər.

Ntvspor.net-in yaydığı məlumata görə, gənc mütəxəssislə danışıqlar aparılır.

Qeyd edək ki, sözügedən baş məşqçinin son iş yeri "Gənclərbirliyi" olub.

O, bu ilin avqustunda Ankara təmsilçisindən ayrılmışdı.