Türkiyə Kosovoya qarşı
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçiriləcək.
Sportline.az xəbər verir ki, qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq daha 4 milli komanda məlum olacaq. Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda Kosovo millisi görüşə optimal heyətlə çıxacağı gözlənilir. Türkiyə komandasında isə yeganə itki Merih Demiralın adı ilə bağlıdır.
Kosovo - Türkiyə görüşünü ingiltərəli hakim Maykl Oliver idarə edəcək.